Baş səhifə » 2011 » Aprel » 8 » Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başalyıb
09:44
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başalyıb
Azərbaycan ilk dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev
sahibliyi edir. SİA-nın məlumatına görə, 20 dövlətin (Avstriya, Çexiya,
Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn,
İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya,
Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət
nazirlərinin, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir
müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun
Baş katibinin, İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman
əl-Tüveycrinin, Avropa Şurasının Baş katibinin, eyni zamanda, Avropa
Şurası Parlament Assambleyası prezidentinin, bir sıra dünya
şəhərlərinin merlərinin, görkəmli mədəniyyət və incəsənət xadimləri
forumda iştirak edir.
Forum "Sərhədsiz dünyaya doğru” adlı sessiya ilə açılıb. Ümumiyyətlə,
tədbirdə 400-dən çox nüfuzlu nümayəndənin iştirakı nəzərdə tutulur.