Azərbaycan - doğma yurdum

Baş səhifə | QEYDİYYAT | Giriş
Şənbə, 17.11.2018, 07:55
Salamlayırıq sizi Qonaq | RSS
Saytın bölmələri
Bölmənin qrupları
Siyasət [0]
İdman [0]
Mədəniyyət [0]
İncəsənət [2]
Təhsil [0]
Sorğu
Azərbaycanda yaşayış
Всего ответов: 125
Statistika

Cəmi on-line: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması



Azərbaycan xalqının
ümummilli lideri Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. Heydər Əliyev 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, general rütbəsinədək yüksəlmişdir.

                    


1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

                

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın (1969) plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi, Mərkəzi Komitənin büro üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın avqust (1969) plenumunda Heydər Əliyevin məruzəsi əsasında respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən olunmuşdur. Bu xətt Heydər Əliyevin məruzə və çıxışlarında inkişaf etdirilərək elmi surətdə əsaslandırılmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərarlaşması uğrunda mübariz fəaliyyət proqramı olmuşdur. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının 28-ci (1971, mart) və 29-cu (1976, yanvar) qurultaylarında hesabat məruzələri bu proqramın həyata keçirilməsində mühüm əməli rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın 24-cü (1971, mart-aprel) və 25-ci (1976, fevral-mart) qurultaylarında çıxış etmiş, həmin qurultaylarda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın üzvü seçilmişdir. Heydər Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir.

          SSRİ Konstitusiyası komissiyasının üzvü olan Heydər Əliyev ölkənin yeni Konstitusiyasının hazırlanmasında fəal iştirak etmiş və Konstitusiyanı qəbul edən SSRİ Ali Sovetinin sessiyasında çıxış etmişdir (1977, oktyabr). Heydər Əliyev Azərbaycan Sovet Sosilalist Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri kimi Azərbaycan dilinin Azərbaycan Sovet Sosilalist Respublikasının dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına daxil edilməsinə nail olmuşdur (1977, iyul). Azərbaycan Sovet Sosilalist Respublikasının Ali Sovetinin sessiyasında "Azərbaycan Sovet Sosilalist Respublikasının Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında" məruzə etmişdir (1978, aprel).

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyundaMilli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.


Saytda axtarış
****




Təqvim
«  Noyabr 2018  »
B.e.Ç.a.Ç.C.a.CŞB
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Faydalı keçidlər
  • 283 saylı məktəbin saytı
  • Bizim kino-283studio

  • Copyright 283-AİSS © 2018 | Конструктор сайтов - uCoz