Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm
uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən
60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm
sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə
başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial
vəziyyətinə mənfi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən
sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin
həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq
səviyyəsindən geri qalırdı. Və bu gerilik getdikcə artırdı. Kənd
təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin
nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm
dəyişiklik baş verdi. 1969-cu ildə H.Ə.Əliyevin Azərbaycana
rəhbərliy
...
Daha ətraflı »